Salam, doğma məktəb!

Sentyabrın 15-də 94 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibətilə “Bilik günü” qeyd olunmuşdur. Məktəbdə təşkil olunmuş toplanışda çıxış edən məktəb rəhbərliyi, müəllimlər, qonaqlar, valideynlər pedaqoji kollektivin, şagirdlərin, xüsusən də ilk dəfə məktəbə qədəm qoyan birincilərin “Bilik günü”nü təbrik etmiş, onlara məktəb adlı yolda uğurlar arzulamışlar. Çıxışlardan sonra şagirdləri dərsə səsləyən zəng çalınmışdır.