“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu çərçivəsində ağac əkmə aksiyası keçirilmişdir

Aprelin 27-də 94 nömrəli tam orta məktəbdə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu çərçivəsində ağac əkmə aksiyası keçirilmişdir. Aksiyada məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər. Şagirdlər böyüklərin köməkliyi ilə ağac əkiləcək sahələrdə təmizlik işləri aparmış, müxtəlif növ ağac və dekorativ kol bitkiləri əkmişlər. Sonda məktəbin direktoru Şəmsəddin Vəliyev aksiyada fəal iştirak edən hər bir kəsə təşəkkür etmişdir.