“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu çərçivəsində AMEA-nın Dendrologiya İnstitutuna ekskursiya təşkil olunmuşdur

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunmuşdur. 94 nömrəli tam orta məktəbdə də bu mövzu ətrafında sıx araşdırma, fəaliiyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi davam edir. Mövzu ilə əlaqədar olaraq aprelin 21-də məktəbin 6b sinif şagirdləri bilogiya müəllimi Sevda Mehdiyeva və sinif rəhbəri Lamiyə Eyvazova ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutuna ekskursiya etmişlər. Institut bələdçisi şagirdləri Nəbatət bağının yaranma tarixi haqqında məlumatlandıraraq ərazisi, bitki və heyvanat aləmi ilə tanış etmişdir. Xüsusi istixanalarda yetişdirilən bitkilər şagirdlərin daha böyük marağına səbəb olmuşdur. Şagirdlər burada yetişdirilən bitkilərin saxlanma şəraiti, onlara qulluq qaydaları ilə maraqlanmış, dərsliklərdən öyrəndikləri bitkilərin əsas xüsusiyyətləri ilə əyani surətdə tanış olmaq imkanı əldə etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi