MƏTBƏX MƏDƏNİYYƏTİMİZ.

5 iyun tarixində məktəbin stadionunda məktəb rəhbərliyi, texnologiya müəllimləri Səhərgül Hüseynova, Şəhla Ələkbərova, Soltanə Musayeva və kitabxanaçılar tərəfindən "Dəyərlərimizi qoruyaq!" və "Ailəm və məktəbim" layihələri çərçivəsində "Mətbəx mədəniyyətimiz" adlı tədbir təşkil olunub. Bu maraqlı görüşdə şagirdlərə milli mətbəximiz barədə məlumat verildi. Şagirdlərlə birgə milli mətbəximizə mənsub düşbərə, dolma və qutabın hazırlanması öyrədildi.
Şagirdlərimiz milli müsiqimizin sədaları altında rəqslər ifa etdilər.
Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasınln 140 illiyi münasibətilə “Arşın mal alan” operettasından bir səhnəni şagirdlərimiz böyük məharətlə canlandırdılar.
Övladlarının bişirdiyi qutabı dadmaq valideynlərə xüsusi zövq verdi.
Bununla yanaşı Azərbaycanda geniş yayılmış şərbət növü olan ovşala şagirdlərimiz tərəfindən süfrəyə təqdim olundu. Kitabxana müdiri Səbinə Manafova bu milli şərbətimizin gözəlliyini öz şeir misraları ilə dilə gətirmişdir.
Bizim ovşalamız,
Süfrələri bəzəsin.
Yanında qızılgüllər,
Gözəlliyi gətirsin.
İçində bilin nə var?
Zoğal, albalı, heyva.
Günəş rəngli zəfəran,
Çox dadlıdır ovşala.