Yaşıl layihə: "Suverən dövlətin ekoloji dəyərləri".

5 iyun tarixində Yaşıl layihə: "Suverən dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində məktəbin tarix müəllimi Sevinc Məmmədova sinif rəhbərliyi etdiyi 6b sinfi ilə birgə hava şəraitinə uyğun olaraq açıq havada dərs təşkil edib.
Dərs zamanı qloballaşma və sənayeləşmə prosesləri ətraf mühitin çirklənməsinə və ekoloji problemlərin artması məsələlərinin həll yolları araşdırılıb. Həmçinin, Konstutsiya hüququnda ekoloji hüquqların təsbit edilməsi dövlətin bu sahədəki məsuliyyətini, vətəndaşlara sağlam mühitdə yaşamaq üçün hüquqi təminatlar müzakirə olunub.