"TÜRK TARİXİNƏ SƏYAHƏT" adlı ədəbi-bədii kompozisiya.

   Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşünmə meyillərinin gücləndirilməsi məqsədilə məktəbimizin peşəkar tarix müəllimi Nailə Həsənova "Dəyərlərimizi qoruyaq!" və "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində  "Türk tarixinə səyahət" mövzusunda ədəbi-bədii kompozisiyalı tədbir təşkil edib.

  Tədbirin ssenarisi Azərbaycanın tarixi, türk xalqlarının coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı səhnəciklərdən, rəqs, şeir və mahnı ifalarından ibarət olub.

  Ədəbi-bədii kompozisiya məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər tərəfindən böyük maraq və coşqu ilə izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi