7-dən 17-yə vətənpərvər!

3 iyun tarixində məktəbin akt zalında ibtidai sinif müəllimi İradə Nəbiyeva 1a sinfi ilə birlikdə "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində tədbir təşkil edib.
Tədbir Azərbaycan Rəspublikasının Dövlət Himni ilə başlayıb və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirin ssenarisi şagirdlərin dərslikdə keçdikləri nağıllar əsasında qurulub. Onlar vətənə, ana dilinə, müəlliməyə hörmətə aid şeirlər səsləndirib, milli rəqslər ifa ediblər.