"Hop-hop baba və ağıllı uşaqlar" adlı ədəbi-bədii tədbir.

  30 may tarixində məktəbin akt zalında böyük satirik şair M.Ə.Sabirin anadan olmasının ildönümünə həsr olunmuş " Hop-hop baba və ağıllı uşaqlar" adlı ədəbi-bədii tədbir keçirilib. Şagirdlərin ünsiyyət bacarığını artıran, onlara özlərini ifadə etməyin müxtəlif yollarını öyrədən, təxəyyül və yaradıcılıq imkanlarını genişləndirən bu maraqlı və maarifləndirici tədbir yumor səhnəcikləri ilə zəngin idi.

  Tədbirin yüksək səviyyədə hazırlanması tamaşaçılarda dərin təəsurat yaradıb.

Tədbirdə "Gənc aktyorlar" dram dərnəyinin üzvləri xüsusi fəallıqla iştirak etdilər. Onlar Sabirin həyat və yaradıcılığı ilə bağlı maraqlı səhnəciklər təqdim ediblər. Çıxışların musiqi ilə müşayiəti, tədbirə xüsusi rəng qatdı.

Tədbirin hazırlanmasında dərnəyin rəhbəri Gülnarə Əliyeva ilə şagirdlər öz istedadlarını tam nümayiş etdiriblər.

  Tədbirə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı- publisist, 10- dan çox kitabın müəllifi olan Elmira Vəliyeva, 26 saylı Sabunçu birinci seçki dairəsinin sədri Hüseynqulu Ələsgərov qonaq qismində dəvətli idilər. Onlar çıxışları böyük maraqla izlədilər və sonda tədbir haqqında öz müsbət fikirlərini bizlərlə bölüşdülər.

  Tamaşaçılar, o cümlədən müəllimlər və valideynlər, tədbiri böyük rəğbətlə qarşıladılar. Bu cür tədbirlər şagirdlərin bədii-estetik zövqünün formalaşmasına, milli ədəbiyyatımıza olan marağın artmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi