“Narkomaniya – bəşəriyyətin bəlası!” mövzusunda söhbətlər aparılmışdır

Aprelin 6-da 94 nömrəli tam orta məktəbdə “Narkomaniya – bəşəriyyətin bəlası” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları və IX-XI sinif şagirdləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova açaraq narkomaniyanın acınacaqlı və faciəvi sonluğa yol açan bəşəri bir bəla olduğunu qeyd etmişdir. Sonra söz Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına verilmişdir. Onlar da öz növbələrində narkomaniyaya aparan yollardan, onun insan orqanizmini necə məhv etməsindən, ağır fəsadlarından danışaraq gəncləri narkotik vasitələr barədə şirin vədlərə aludə olmamağa çağırmışlar. Sonda “Narkomaniya – bəşəriyyətin bəlası!” adlı sənədli film nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi