Əlvida, məktəb!
Respublikamızın bütün ümumi təhsil müəssisələrində olduğu kimi 94 nömrəli tam orta məktəbdə də “Son zəng” geniş qeyd olunmuşdur. Mayın 30-a təsadüf edən “Son zəng” tədbirində iştirak edən məktəb müdiriyyəti, müəllimlər, şagirdlər, valideynlər, qonaqlar məktəb divarlarını tərk edən 74 məzunu təbrik etmiş, onlara yeni həyat yollarında, qarşıdan gələn buraxılış və qəbul imtahanlarında uğurlar arzulamışlar.