ŞƏHİD CEYHUN DASTANI.

20 may tarixində məktəbin kitabxanasında Fəaliyyət Planının 31-ci bəndinə uyğun olaraq şəhid məzunumuz Ceyhun Şalıyevin doğum gününə həsr olunmuş “Şəhid Ceyhun Dastanı” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ceyhun Şalıyev işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda -İkinci Qarabağ müharibəsində şəhid olan 3000 igid oğullarımızdan biridir. Bizim qəhrəmanımız Aprel döyüşlərinin ən ağır əməliyyatlarında iştirak edib. İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qatılan Ceyhun Füzuli uğrunda gedən ağır döyüşlərdə iştirak esib. 2020-ci il tarixində oktyabrın 1-də Füzuli uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandanı cənab İlham Əliyevin müfaviq olaraq 15.12.2020-ci il və 25.12.2020-ci il tarixli sərəncamları ilə “Vətən uğrunda” , "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün tədbirdə iştirak edən lll-VIII sinif şagirdləri vətənpərvər Ceyhun haqqında məlumat verib, şəhidimizin xalası Rəna Əliyarın qələmə aldığı “Şəhid Ceyhun Dastanı” adlı kitabdan şeirlər səsləndiriblər. Bununla yanaşı, şəhidimizin həyat yoluna həsr olunan videoçarx və sərgi nümayiş etdirilib.
CƏNNƏTDƏKİ DOĞUM GÜNÜN MÜBARƏK CEYHUN!
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !