“Dəyərlərimiz bədii ədəbiyyatda”

  BŞTİ -nin 3-29-59/3-2-150F/2025 nömrəli 01.04.2025 -ci il tarixli “Dəyərlərimizi qoruyaq” layihəsinin 6,1 bəndinə əsasən məktəbin kitabxanasında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı oxucu konfransı keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə canlarını torpaqlarımızın azadlığı uğrunda fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Kitabxanaçılar mövzu haqqında məlumat verdikdən sonra 8a sinif şagirdləri xalqımıza məxsus milli-mənəvi dəyərlərimiz, xalqımızın adət-ənənələrinin əks olunduğu əsərlərdən danışıb, dastan, bayatılar, atalar sözləri, sınamalar, miflər və haxışta söyləyiblər.

  Şagirdlər eyni zamanda mövzuya həsr olunmuş divar qəzeti hazırlayıb təqdim ediblər.

Kitabxanada milli-mənəvi dəyərlərə həsr olunan kitab sərgisi nümayiş olunub.

  Sonda məktəb rəhbərliyi və müəllimlər çıxış edərək xalqımızın özünəməxsus adət-ənənələrindən danışıb, milli dəyərlərə hörmət və sevgiylə yanaşan şagirdlərimizə uğurlar arzulayıb, dəyərlərimizin müqəddəs olduğunu vurğulayıblar.

  Məqsədimiz milli-mənəvi dəyərlərimizi qorumaq, qədim tariximizi gənc nəslə aşılamaq, onlarda ədəbiyyatımıza maraq oyatmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi