23 Aprel- Ümumdünya Kitab və Müəllif Hüquqları Günü.
Məktəbimiz Fəaliyyət Planının 46-ci bəndinə uyğun olaraq 23 Aprel- Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş tədbirə yazıçı, uşaqlar üçün elmi-kütləvi kitablar və elmi fantastik povestlər müəllifi, pedaqoq və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızını qonaq etmişdir.
Giriş sözü ilə çıxış edən kitabxana müdiri Səbinə Manafova bu gün haqqında məlumat vermiş, məktəbimiz adından dəyərli qonağımızı salamlayaraq dəvətimizi qəbul edib bu görüşə gəldiyi üçün yazıçıya təşəkkür etmişdir.
Bu görüş Reyhan Yusifqızının yaradıcılığına olan geniş maraqdan irəli gəlir. I-VI sinif şagirdləri sevimli yazarımızın qələmə aldığı ”İki gül”, “Aysu və Balaca Şahzadə”, və ”Nihadın rəsmi” əsərlərini böyük məharətlə nümayiş etdirib, mahnı ifa etdilər.
Reyhan xanım öz çıxışında yaradıcılığı haqqında məlumat vermiş, qələmə aldığı kitablardan danışmışdır. Şagirdlərin mütaliəyə cəlb olunmasında məktəb və kitabxanaların rolunun əvəzsiz olduğunu qeyd etmiş, kitab oxumağın üstünlükləri barədə söhbət açmış, həmçinin yazıçılar ilə belə görüşlərin çox təqdirəlayiq olduğunu söyləmişdir.
Sonda müəllif kitablarını imzaladı və xatirə şəkilləri çəkdirib.