MARAQLI DƏRS

   23 aprel tarixində 6e sinfində texnologiya müəllimi Şəhla Ələkbərova "Milli dəyərlərimizi qoruyaq" mövzusunda praktik iş aparıb. Toxuma dəzgahı vasitəsilə toxumanın sirlərini öyrənən şagirdlər həvəslə kilim toxuyublar. Milli ornamentimiz butanın rəsmini kvillinq texnikası vasitəsilə bəzəyiblər. Kəpənək rəsmini bəzəmək üçün də kvillinq texnikasından istifadə edərək rənglərin uyğunluğunu seçib hazırlayan şagirdlərdə bu işə böyük həvəs müşahidə olunurdu.

"Təbiətdən incəsənətə" mövzusunda balıq qulaqları ilə gül çələngi hazırlayan şagirdlər zövqlərini daha da inkişaf etdirərək yeni ideyalar üzərində düşünüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi