NÜMUNƏVİ DƏRS

23 aprel tarixində məktəbimizin ibtidai sinif müəllimi İrina Botsulyak 3e sinfində fənn aylığı ilə əlaqədar olaraq rus dili dərsində İlyas Tapdığın "Bilirsinizmi, mən neftdənəm!" şeiri mövzusunda nümunəvi dərs təşkil edib.
Dərs olduqca maraqlı və əyləncəli keçdi. Şagirdlər əməkdaşlıq edərək qrup işi işlədilər. İrina müəllimə fotoslaydlardan və paylama vərəqlərindən istifadə etdi.
Dərs rəhbərlik tərəfindən izlənildi və yüksək qiymətləndirildi.