OVEP təlimləri.

Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) dəstəyi və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 2019-cu ildən OVEP - Olimpiya Mədəniyyəti və Təhsili Proqramını həyata keçirir. BOK proqramın uğurlu icrasını və beynəlxalq əhəmiyyətini nəzərə alaraq, onun icrasını 2025-2028-ci illər üçün də təsdiq etmişdir.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 19.03.2025-ci il tarixli 09 NK/10 nömrəli məktubunda OVEP - in Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının hədəflərinə uyğunluğunu, həmçinin pilot təlim kurslarında iştirak etmiş müəllimlərin müsbət rəyini nəzərə alaraq, 2025-ci il də daxil olmaqla növbəti illərdə OVEP təlimlərinə Bakı və digər bölgələrdən olan fiziki tərbiyə müəllimlərinin cəlb olunmasının planlaşdırıldığı bildirilmişdir.
İlkin mərhələdə təlim kurslarına Bakı şəhərində fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrinin iştirakı nəzərdə tutulmuşdur.
Bu baxımdan məktəbimizin fiziki tərbiyə müəllimi Marina Plaxotneva təlimlərə cəlb olunmuş və müvəffəqiyyətlə başa vurduğuna görə sertifikatla təltif olunmuşdur.