Düzgün ixtisas seçimi.

15 aprel tarixində məktəbimizə Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının karyera məsləhətçiləri Könül Cavadova və Sevinc Hacıyeva qonaq olublar.
Məktəbimiz VIII-XI sinif şagirdlərini peşəyönümü məsləhətinə cəlb edərək maarifləndirici seminara ev sahibliyi edib.
Seminarda Sevinc Hacıyeva şagirdləri "Düzgün ixtisas seçimi" haqqında peşəyönümünə dair məsləhətlər vermiş, şagirdlərin sualları əsasında onlara karyera və ixtisas seçimində hansı nüanslara diqqət etmələri barədə ətaflı izah etmişdir.