MARAQLI DƏRS

   10 aprel tarixində məktəbin ibtidai sinif müəllimi Lalə Hüseynova 4a sinfində ana dili fənnindən "Tarixdə iz qoyan qadınlar" silsiləsindən olan Xurşidbanu Natavan haqqında dərs keçib.

  Dərsdə Lalə müəllimə Cavanşirlər nəslinin sonuncu varisi olan X.Natavan haqqında şagirdlərə məlumat verdi. Şagirdlər isə xan qızının şairə, rəssam, xeyriyyəçi olduğu barədə təqdimatlar hazırlayıb təqdim ediblər.

  Həmçinin, şagirdlərin rollu oyunla X.Natavan və qafqaz canişinini canlandırmağı dərsi daha da maraqlı edib.

  Sonda isə İlyas Əfəndiyevin X. Natavan tamaşasından bir hissə izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi