Aprel döyüşlərindən-Zəfərə doğru.

Məktəbin kitabxanasında Fəaliyyət Planının 45-ci bəndinə uyğun olaraq “Aprel döyüşlərindən Zəfərə doğru “ movzusunda 5 və 7-ci sinif şagirdlərilə maarifləndirci söhbət aparılmışdır. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda verən oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İştirak edən şagirdlər şeirlər söyləyib, aprel döyüşlərinin qəhrəmanları Murad Mirzəyev,Sərxan Bayramov, Raquf Orucov, Şükür Həmidov, Pəncəli Teymurov, Samid İmanov haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər.
Kitabxanaya gələn şagirdlər Aprel döyüşlərinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
Aprel döyüşlərinin şərəfi hər zaman bizim qürurumuz olacaq və Azərbaycanın şanlı tarixində mühüm yer tutur.