"Zəkaların Mübarizəsi" adlı şahmat olimpiadası.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Zəkaların Mübarizəsi" olimpiadasının şahmat istiqaməti üzrə "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində 94 nömrəli tam orta məktəbi təmsil edən XI sinif şagirdi Ostroumova Dаrya və IX sinif şagirdi Ostroumov Yeqor növbəti tura vəsiqə qazanıblar.
Şagirdlərimizə növbəti turda uğurlar arzulayırıq!