Doğma məktəbə hədiyyə.

Məktəbin coğrafiya müəllimi İradə İsmayılova dərs zamanı şagirdlərə Azərbaycanın bölgələrini izah edirdi. Effektivlik üçün İradə müəllimə tapmaca metodunu seçdi. Şagirdlər yaddaşdan Azərbaycanın xəritəsini yığdılar.
Xəritəni məktəbimizin 2010-cu il məzunu dizayner və lazer kesim üzrə mütəxəssis Romakayev Ruslan Rinatoviç doğma məktəbinə hədiyyə olaraq düzəltmişdir.
Məktəb rəhbərliyi adından Ruslan bəyə təşəkkürümüzü bildiririk!