"NOVRUZ ŞƏNLİYİ"

  Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlarından daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Bu milli bayramımız dövlət səviyyəsində qeyd olunmaqdadır.

  Məktəbimizin yeni bərpa olunmuş idman meydançasında “Elimizə Novruz gəlir” adlı ədəbi-bədii musiqili kompozisiyalı şənlik keçirilmişdir. Şənlik Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlamışdır. Giriş sözü ilə məktəbin direktoru Nuridə Qarayeva çıxış edərək bildirmişdir: "Novruz bayramı xalqımızın çox qədimi tarixindən xəbər verir. Bu bayram Azərbaycan xalqının mənəviyyatını özündə əks etdirir. Sovet dönəmində təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz bəzi siyasi səbəblərə görə təəsüf ki, qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır.

Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təzyiqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Ümummilli Lider bu bayramın o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkə miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük coşqu ilə keçirilməsinə nail olmuşdu.

  Hazırda bu ənənələr Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısı gözəl vurğulayır: “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır.”

Çox sevindirici haldır ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir və 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunmuşdur.

  Xalqımız artıq Novruz bayramını xüsusi əhvali-ruhiyyə ilə qeyd edir. Çünki Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı ilə, qazilərimizin qəhramanlığı ilə Qarabağ uğrunda aparılan ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazanıldı. Məhz bu möhtəşəm Qələbəyə görə xalqımız Novruz bayramını qəhrəman və qalib xalq kimi qeyd edir.

Təbiətin qoynunda, yaşıl otların üzərində qədimliyi xatırladan kilim və xalçalar meydançaya xüsusi gözəllik qatdı. Təbiətin oyanışının, canlanmasının müjdəsini verən bu sevimli bayramı bizim şagirdlərimiz sevə-sevə qeyd etdilər. Süfrələrimizi bəzəyən bol nemətlər isə yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək rəmzidir.

  Bu xalq bayramını şagirdlərlə yanaşı müəllim və valideynlərlə qeyd etmək hər kəsə xoş təsir bağışlayırdı. Müəllim və valideynlər birlikdə hakışta söyləyərək şagirdlərimizə milli dəyərlərimizi qorumağı çatdırdılar.

  Novruzun əsas atributları olan Bahar qızı, Kosa və Keçəlin gəlişi şənliymizə xüsusi rəng qatdı. Şagirdlərimiz maraqlı səhnəciklərlə, gözoxşayan milli rəqslərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi