Novruz bayramı adət-ənənələri.

Şagirdlərdə oxuyub anlama bacarıqlarını inkişaf etdirmək məqsədi ilə kitabxanada Fəaliyyət Planının 39-cu bəndinə uyğun olaraq “Novruz bayramı adət ənənələri” adlı oxuma və dinləmə saatı keçirilıb. Şagirdlər “Novruz Bayramı Ensiklopediyası” kitabından qısa mətnləri oxuyub, növbəli şəkildə oxuduqları mətnlərin məzmununu izah ediblər. Kitabxanaçılar Novruz bayramının mahiyyəti, tarixi kökləri, bayramla bağlı adət-ənənələr haqqında şagirdlərə məlumat veriblər. Sonda şagirdlərimiz bu günə həsr olunmuş şeirləri səsləndirərək bu günü daha da rəngarəng ediblər.
Məqsədimiz şagirdlərdə kitaba sevgini aşılamaq və mütaliəyə həvəsi artırmaqdı.