"İdman Həftəsi" nin I günü.

Elm və Təhsil Nazirliyinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmrinə əsasən şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə 4- 10 mart tarixləri idman həftəsi elan edilib. Bu məqsədlə martın 4-ündə məktəbin idman zalında fiziki tərbiyə müəllimi Marina Plaxotneva və İrina Ağayeva 6b sinfi "Səhər gimnastikası" təşkil edib.
Eyni zamanda psixoloq Məsumə Həsənəliyeva 5a sinfi ilə "İdmanıların yarışa hazırlığına psixoloji yanaşma" adlı maarifləndirici söhbət aparıb.