"Sözün işığında" adlı ədəbi- bədii kompozisiyalı tədbir.
4 mart tarixində məktəbin akt zalında ana dili və ədəbiyyat müəllimi Sahilə Məmmədova 6a sinfi ilə " Sözün işığında" adlı ədəbi- bədii kompozisiyalı tədbir təşkil edib.
Tədbirdə şagirdlər uşaq ədəbiyyatının dəyərli siması Z. Xəlil, işıqlı yaradıcılıq yolu olan M. Cəlal, sazın və sözün dahisi A. Ələsgər, təmsillərin ustası İ. Krılovun yaradıcılığına toxunmuş, şeirlər, musiqilər və kiçik səhnəciklər nümayiş etdiriblər.