Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifəsidir.

Məktəbin kitabxanasında Fəaliyyət Planının 36-cı bəndinə uyğun olaraq “Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifəsi” adlı anım tədbiri keçirilib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxanaçılar Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsübətlərdən, bu qırğında insanların vəhşicəsinə qətlə yetirilməsindən danışıb, bu faciənin bəşər tarixinin ən qanlı səhifəsi olduğunu qeyd ediblər.
İştirak edən şagirdlər Xocalı soyqırımına aid təqdimatlarla çıxış edib, şeirlər səsləndiriblər.
Sonda şagirdlər bu günə həsr olunan sərgi ilə tanış olublar.
Xocalı qurbanlarının xatirəsini hörmətlə anırıq.