Mülkü Müdafiə vasitələrinin iş prinsipi və istifadə qaydaları.

1Mart Beynalxalq Mülkü Müdafiə Gününə həsr olunmuş tədbirlər planına uyğun olaraq 94 nömrəli məktəbin II-VI siniflərini əhatə edən müəllim və şagirdlərlə "Mülkü Müdafiə vasitələrinin iş prinsipi və istifadə qaydaları" mövzusunda məlumat xarakterli məşğələlər keçirilmişdir.
Tədbirdə şagirdlərə FH zamanı tibb xidmətinin təşkili və ilk tibbi yardım haqqında məlumat verilmiş və əyani şəkildə göstərilib.
Tədbirdə MM qərargah rəisi Şəymən Əliyeva, GÇH rəhbəri N.Nəzərov, fiziki tərbiyə müəllimi Marina Plaxotneva və məktəbin tibb heyəti iştirak edib.