Xocalı faciəsi- 33 il

26 fevral tarixində məktəbin akt zalında Dərsdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Hicran İsmayılova və UBTR Leyla Rəhimova "Xocalı faciəsi- 33 il" adlı tədbir təşkil edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Xocalıda həlak olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə VI-X sinif şagirdləri şeirlər, mahnılar və kiçik kompozisiyalar ifa ediblər.