VALİDEYN İCLASI.

20 fevral 2025-ci il tarixində məktəbdə I-XI siniflərdə sinif valideyn iclasları keçirilib. İclaslarda təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırılıb. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulmuşdur:
1. I yarımilin nəticələri və ll yarımildə qarşıda duran ümumi vəzifələr.
2.Zəif nəticə göstərən şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında.
3. Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması.
4. Məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi.
5. Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması.
İclasda eyni zamanda tədris proqramında yeniliklər haqqında məlumat verilmiş, valideynlərin təklifləri dinlənilib.