DİLİMİZ VARLIĞIMIZDIR.

     Məktəbin kitabxanasında Fəaliyyət Planının 35-ci bəndinə uyğun olaraq 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz varlığımızdır” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlamışdır. Kitabxana müdiri Səbinə Manafova doğma dilimizin varlığından danışıb, dilimizin özündə bir tarix yaşatdığını vurğulamışdır. 4e sinif şagirdləri qruplara ayrılaraq ana dilinə həsr olunan şeirlər, hikmətli kəlamlar, mahnı, rəqs və səhnəciklərlə çıxış ediblər. Bununla yanaşı divar qəzeti hazırlayıb yazdıqları təqdimatları kitabxanaya təqdim ediblər.

   Tədbirdə çıxış edən məktəbin direktoru Nuridə Qarayeva Dahi Liderin Azərbaycan dilinə olan sevgisindın danışıb, bu gün münasibəti ilə müəllim və şagird kollektivini təbrik edib.

   Məqsədimiz şagirdlərdə Ana dilimizi sevməyi və qorumağı aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi