"Poeziyamızın Vahidi- 130" adlı sərgi.

Məktəbin kitabxanasında Fəaliyyət Planının 34 -cü bəndinə uyğun olaraq Azərbaycanın görkəmli qəzəl şairi Əlağa Vahidin anadan olmasının 130 illiyi münasibətilə “Poeziyamızın Vahidi” adlı şeir saatı keçirilib. Kitabxananın fəal oxucuları ustadın həyat və yaradıcılığı haqqında məlumat vermiş, müxtəlif qəzəl və şeirlərini səsləndiriblər.
Bununla yanaşı Füzuli ənənələrinin davamçısı olan görkəmli sənətkarın 130 illiyi münasibətilə sərgi təqdim olunmuşdur. Sərgidə ədibin qəzəlləri, kitablar və qəzet materialları sərgilənib.