Kitablar bizim dostumuzdur.

Məktəbin kitabxanasında Fəaliyyət Planının 34-cü bəndinə uyğun olaraq “Kitablar bizim dostumuzdur” adlı tədbir keçirilib. Giriş sözü ilə çıxış edən kitabxanaçılar mütaliənin faydaları, cəmiyyətdə insan amilinin formalaşmasında kitab və kitabxanaların rolundan danışıblar. Tədbirdə iştirak edən V sinif şagirdləri bu gün haqqında məlumat verib, şeirlər səsləndirib və mahnı ifa ediblər. Bununla yanaşı öz sevimli kitabları barədə fikirləri bölüşüb, bir- birlərinə oxuduqları kitabları hədiyyə etdilər.
Məktəb rəhbərliyi çıxış edərək şagirdlərin dünyagörüşünün inkişafında kitab oxumağın vacib olduğunu vurğulayıb, bu bayram münasibəti ilə onları təbrik edib. Həmçinin, məktəbin direktoru Nuridə Qarayeva kitabxana fonduna bir sıra maraqlı kitablar bağışladı.
Sonda şagirdlər təşəkürnamə ilə təltif olundular.