EKSKURSİYA.

"Bilim Bakı Mərkəzinin" 6-14 yaşlı şagirdlərdə elmə, innovasiyaya olan marağının formalaşdırılması və inkişafına dəstək məqsədilə keçirdiyi təlimlərə 94 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Lalə Hüseynova və Ülkər Nuxova, ingilis dili müəllimi Mehriban Başar sinif rəhbəri olduğu şagirdləri ilə birgə qatılıb. Onların astronomiya, kosmos və aviasiya laboratoriyasında keçirdiyi vaxt çox maraqlı olmuşdur.
Şagirdlərin məharətlə hazırladıqları səma cismi hamının böyük marağına səbəb olub.