Xocalı Memorial Muzeyinə ekskursiya

12 fevral tarixində məktəbimizin UBTR Leyla Rəhimova və İradə Əliyeva sinif rəhbəri olduğu 7k sinfi ilə birlikdə Xocalı Memorial Muzeyinə ekskursiya ediblər. Bu səfər şagirdlərə Xocalı faciəsi haqqında daha ətraflı məlumat vermək və onların tarixi hadisələri daha dərindən dərk etməsinə kömək etmək məqsədilə təşkil olunmuşdur.
Ekskursiya zamanı şagirdlər Xocalı soyqırımına dair tarixi sənədlərlə, foto və video materiallarla tanış olmuş, faciənin şahidlərinin xatirələrini dinləmişlər. Onlar təkcə bu dəhşətli hadisə haqqında məlumat almaqla kifayətlənməyib, həm də muzeydəki eksponatlar vasitəsilə həmin dövrün acı reallıqlarını öz gözləri ilə görmüşlər.
Bu ekskursiya şagirdlərə böyük təsir bağışlamış, onların milli yaddaşının möhkəmlənməsinə və vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb oldu.