MONİTORİNQ.

Fevralın 11-də məktəbin Fəaliyyət Planına müvafiq olaraq məktəbin IX sinflərinin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini ölçmək məqsədi ilə növbəti- üçüncü monitorinq keçirilib. Monitorinq sualları şagirdlərə Azərbaycan və rus bölmələri üzrə 2 variantda təqdim edilib. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edib. Aparılan monitorinqin məqsədi IX sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımı köməklik göstərilməsinə nail olmaqdır. Zəif nəticə göstərən şagirdlərlə buraxılış fənləri üzrə əlavə məşğələlər davam etməkdədir, bu istiqamətdə görülən işin müqaisəvi təhlili aparılacaqdır.