NÜMUNƏVİ DƏRS

10 fevral tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Maya Qəhrəmanova fənn aylığı ilə əlaqədar olaraq 8a sinfində "Səbəb və məqsəd zərfliyi" mövzusunda nümunəvi dərs təşkil edib. Maya müəllimə venn diaqramı, müzakirə, sual-cavab, beyin həmləsi kimi iş üsullarından və kollektiv, qruplarla iş formasından istifadə edib. Şagirdlərin fəal iştirakı diqqət mərkəzində idi.
Dərsin məqsədi səbəb və məqsəd zərfliyini müəyyənləşdirmək, ifadə vasitələrini tapmaq idi.
Dərs rəhbərlik tərəfindən izlənildi və olduqca yüksək qiymətləndirildi.