"Yaradıcı müəllim: yaradıcı tətbiqetmə"

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəbimizi təmsil edən qabaqcıl fiziki tərbiyə müəllimi Marina Plaxotneva müsabiqədə öz maraqlı təqdimatı ilə lll yerə layiq görülərək təltif olunmuşdur. Eyni zamanda məktəbimizin ibtidai sinif müəllimi Ülkər Nuxova müsabiqədə aktiv iştirakına görə sertifikatla təltif olunub.