Cənnət ətirli Şəhidimiz.

     Məktəbin kitabxanasında Fəaliyyət Planının 31- ci bəndinə uyğun olaraq şəhid məzunumuz Kənan Süleymanlının doğum gününə həsr olunmuş “Cənnət ətirli Şəhidimiz” adlı tədbir keçirilib. Şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bizim məzun şəhidimiz də bu gənclərdən biridir.Mənfur düşmənlərin başladığı İkinci Qarabağ müharibəsində döyüşlərı atılan Kənan Füzuli -Xocavənd uğrunda döyüşlərdə iştirak edərək bir neçə strateji əhəmiyyətli yüksəkliklərin alınmasına sücaət göstərir. 09 noyabr 2020-ci il tarixində Xocavənd uğrunda əsgərləri ilə öndə gedən Kənan Süleymanlı sona qədər döyüşərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır.

    Kənan Süleymanlı Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda“ medalı ,

“Döyüşlərdə fərqlənməyə görə“ medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, 3-cü dərəcəli “Rəşadət“ ordeni ilə təltif edilmişdir.

Bu gün tədbirdə iştirak edən lll-V sinif şagirdləri Vətənin dar günündə silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxan bizim igid qəhrəman haqqında məlumat verib, şeirlər səsləndiriblər. Bununla yanaşı şəhidimizin döyüş yoluna həsr olunan videoçarx və sərgi nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi