İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi
Mayın 21-də 252 nömrəli məktəbdə “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” mövzusunda keçirilmiş diaqnostik qiymətləndirmədə və təlimlərdə yüksək bal toplamış müəllim və inzibati işçilərin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, digər idarə və təşkilatların rəsmi nümayəndələri iştirak etmişlər. Çıxış edənlər bu təlimlərin mahiyyətindən, İKT-nin müasir həyatımızdakı rolundan danışmışlar. Mükafatlandırılanlar arasında 94 nömrəli tam orta məktəbin müəllim və inzibati heyəti də olmuşdur. Məktəbin direktoru Şəmsəddin Vəliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhilə Tağıyeva, ibtidai sinif müəllimi Şahilə Şirəliyeva hər biri ayrılıqda sertifikat və kompüterlə mükafatlandırılmışdır.