Siniflərdə 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib.
Zaman keçdikcə 20 Yanvarın tariximizdəki yeri və rolu daha aydın dərk olunur. Həmin hadisələr Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi, azadlığa gedən yolumuzun başlanğıcı kimi dəyərləndirilir. Bu yolda ilk cığırları məhz 20 Yanvar şəhidləri açıblar. Dövlət müstəqilliyimizin bərpası və suverənliyimiz üçün, ilk növbədə, onlara borcluyuq.
Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı siniflərdə 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib.
İlk dərsə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanılmış və müəllimlər şagirdlərlə 20 Yanvar günündə baş verən tük ürpədən hadisələrdən söz açmış, xalqımızın başına gətirilən soyqırımdan danışmışdır.
Şəhidlərimizi dərin hüznlə anaraq şagirdlər şerlər səsləndirmişdir..