20 YANVAR - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi.

   Məktəbin kitabxanasında Fəaliyyət Planının 29-cu bəndinə uyğun olaraq 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 YANVAR- Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” adlı ədəbi bədii kompozisiyalı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir, 20 Yanvar şəhidlərinin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilərək davam edib. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Nuridə xanım Qarayeva bildirdi ki, 20 Yanvar-Azərbaycanın milli oyanış günüdür. Dövlətimizin apardığı mübarizə və əzm bizi müstəqilliyimizə, şanlı zəfərimizə qovuşdurub.

   Tədbirdə iştirak edən V-Vlll sinif şagirdləri xalqımızın başına gəlmiş bu qanlı yanvarın tarixi haqqında məlumatlar verib, şeirlər səsləndirib və səhnəciklər canlandırıblar.

    Bununla yanaşı kitabxana müdiri Səbinə Manafova “Bir şənbə gecəsi “ adlı sərgi şagirdlərə təqdim edib. Sərgidə 20 Yanvar- Ümumxalq Hüzn Gününə aid kitablar, qəzet materialları və şagirdlərin çəkdikləri rəsm əsərləri sərgilənib.

    Məqsədimiz şagirdlərimizə vətən uğrunda canlarını fəda edən mərd oğullarımızı tanıtdırmaq və yaddaşlarda əbədi olaraq yaşatmaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sizi heç vaxt unutmayacayıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi