Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

      Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 94 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Marina Plaxotneva oldu.

       O, əvvəlcə fiziki tərbiyə fənninin əhəmiyyətindən danışıb: "İlk olaraq qeyd edim ki, 36 ildir, pedaqoji fəaliyyətlə məşğulam. Fiziki tərbiyə hər bir tədris ocağının fəaliyyətinin ən əsas istiqamətlərindəndir, bütün tədris-tərbiyə prosesinin ayrılmaz bir hissəsi sayılır. Qeyd etməliyəm ki, məktəb dövründə fiziki təkmilləşmənin möhkəm əsası yaradılmalıdır. Fiziki tərbiyə müəllimləri bu məqsədə çatmaq üçün çalışırlar. Şagirdlərə əldə olunan yetkin səviyyəni gələcəkdə qoruyub saxlamağı və daha da inkişaf etdirməyi öyrədirlər. Lakin tədrisin keyfiyyətini daha çox yüksəltmək üçün müəyyən boşluqları aradan qaldırmaq zəruridir. Əvvəlcə hər bir şagirdə aşılanmalıdır ki, fiziki tərbiyə sadəcə iki 45 dəqiqəni əhatə edən idman dərsi deyil. Fiziki tərbiyə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, qıvraq, möhkəm, çətinliyə dözümlü, cəsarətli, mətin, iradəli, şən və gümrah böyüməsinə kömək edir. Fiziki tərbiyə dərsləri şagirdləri əmək prosesinə qoşur, vətənin müdafiəsinə hazırlayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi