QIŞ NAĞILI.

       Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisəsi arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə 94 N li tam orta məktəbdə keçirilən “Ailəm və məktəbim" layihəsi çərçivəsində bir çox tədbirlər keçirilməkdədir.

        Onlardan həm valideynlərin həmdə müəllim və şagird heyətinin böyük marağına səbəb olan dekabrda keçirilən “Məktəb, şagird, valideyn üçbucağı” adlı valideyn aylığı olmuşdur.

       Valideynlər tədris prosesinin müşahidəsində, birgə “Ağac və çiçək əkmə” aksiyasında, sorğu və yeni təkliflər irəli sürməkdə fəallıq göstərmişdilər.

Yenilik olaraq valideynlər tək passiv dərs dinləyicisi kimi deyil, həmçinin fənn müəllimi ilə əməkdaşlıq edərək, xüsusi hazırlaşıb öz ixtisaslarına uyğun fənləri şagirdlərə tədris etdilər. Bu maraqlı aylıq məktəbin akt zalında rus dili və ədəbiyyat müəllimi Gülnarə Əliyevanın təşkilatçılığı ilə “Qış nağılı” adlı səhnələşdirilmiş çıxışla tamamlandı.

      Möhtəşəm ahəng yaradan müəllimlərin, valideynlərin və şagirdlərin birgə ifası parlaq və hər tamaşaçı üçün yaddaqalan oldu. Sonda bu layihədə iştirak edən aktiv valideynlər məktəb adından Fəxri Fərmanlarla təltif olundular.

       Tədbirdə əməyi keçən- ibtidai sinif müəllimləri İrina Botsulyak, Lalə Hüseynova, Sevda Axundova, Şirəliyeva Şahilə, Kərimova Nazilə, Gülnarə Əliyeva, Lüsya Hüseynova, biologiya müəllimi Gülzadə Bağırova, riyaziyyat müəllimi İradə Əliyeva, kitabxana müdiri Səbinə Manafova, kitabxanaçı Nuridə Bayramova və "Şaxta baba" rolu ilə tamaşaçılara böyük sevinc yaşadan fəal valideynlərdən olan Artyom Zeynalova rəhbərlik və müəllim heyəti adından dərin təşəkkürümüzü bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi