NÜMUNƏVİ DƏRS

        9 yanvar tarixində 6a sinfində məktəbin tarix müəllimi Nailə Həsənova “ Manna dövlətinin xarici siyasəti” mövzusunda nümunəvi dərs keçirib.

Dərsdə İKT-dən istifadə olunaraq ppt vasitəsilə qrup işi, fərdi iş, cütlərlə iş formasından istifadə edilərək, beyin həmləsi müzakirə üsulu ilə dərs aparılıb. Şagirdlər qrup işlərinin müzakirəsində belə nəticəyə gəldilər ki, Manna dövlətinin xarici siyasətinin əsas istiqamətləri güclü qonşularla (Assuriya və Urartu) münasibətlərə və ərazi bütövlüyünün qorunmasına yönəlmişdir. Şagirdlər- Manna dövlətinin (e.ə.IX-VI) xarici siyasətdə daim güclü qonşularla balans qurmaq və dövlətin mövcudluğunu qorumaq nəticəsinə gəldilər. Beləliklə- Azərbaycan Respublikası-Demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Qədim Manna dövlətinin varisidir.

Dərs qiymətləndirmə ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi