Polis Akademiyasının nümayəndəsi polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadənin X-XI sinif şagirdləri ilə görüşü.
7 yanvar tarixində məktəbimizdə DİN-in Polis Akademiyasının nümayəndəsi polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadənin və Sabunçu RPİ əməkdaşı, polis mayoru Münasib Kalbalıyevın iştirakı ilə X-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə görüş keçirilib. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilib. Həmçinin, görüşdə gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, onların sağlam ruhda böyüməsi üçün tövsiyələr edilib.