NÜMUNƏVİ DƏRS
6 yanvar tarixində məktəbin tarix müəllimi Sevinc Məmmədova 6b sinfində "Manna dövlətinin süqutu" mövzusunda nümunəvi dərs keçirib. Dərsdə videoroliklərdən istifadə olunub. Kollektiv iş təşkil olunub. "Düşün, paylaş, cütləş" üsulundan istifadə olunmaqla müzakirələr aparılıb. Dərsin sonunda Manna hökmdarları və dövlətin süqutu ilə bağlı rollu oyun aparılıb və şagirdlər rollu oyun vasitəsilə dövlətin süqut səbəbləri və qalib dövlətin uğurlarının səbəblərini müasir dövrdə Vətən müharibəsindəki qələbəmiz və Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomasiyası ilə əlaqələndirdilər.
Dərs qrupların qiymətləndirilməsi ilə başa çatıb.