General-mayor Cahangir Qulamovun Naxçıvanın 100 illiyi ilə bağlı X-XI sinif şagirdləri ilə görüşü.

     “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək məktəbimizdə Valideyn aylığının bugünki tarixində şagirdlərin maarifləndirilməsi məqsədilə məktəbimizin nüfuzlu valideyni olan general-mayor Cahangir Qulamov bu gün X-XI sinif şagirdləri ilə görüşüb. O, şagirdlərlə qədim Naxçıvanın tarixindən danışmış və bildirmişdir ki, strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib.

      Cahangir Qulamov 28 iyul 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin 43 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi sədrinin müavini—Naxçıvan birinci sərhəd dəstəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Uzun illər Ulu Öndər- Heydər Əliyevlə çalışmış , DTX- nın Akademiyasında dərs demiş Cahangir müəllim şagirdlərin sualların cavablandıraraq vurğulamışdır ki, Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olduğunu şagirdlərə söyləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi