“Qədim Türk diyarı Naxçıvan” adlı ədəbi-bədii kompozisiya.
Məktəbin tarix müəllimi Nailə Həsənova akt zalında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar olaraq “Qədim Türk diyarı Naxçıvan” adlı ədəbi-bədii kompozisiya təşkil edib.
Naxçıvan deyəndə yada düşər igidlər,
Əzmindən dünyaya səs salan ŞƏHİDLƏR!
O, Şəhidlər ki, Vətən uğrunda canlarından keçdilər.
Birinci Qarabağ müharibəsində erməni faşistləri Naxçıvana, Azərbaycanın dar günündə xaincəsinə soxulduqları zaman Naxçıvanı qanı bahasına müdafiə edən oğullar və ilk Milli qəhrəman Məhərrəm Seyidovun cəsarətidir, Naxçıvan!
Ulu Heydər Dühası, Böyük Sərkərdə, Siyasət meydanında uğurla addımlayan Prezidentimiz İlham Əliyev Qələbəsidir-Naxçıvan!
Biz Azərbaycanın qədim diyarı, tarixin və mədəniyyətin beşiyi olan Naxçıvanın 100 illik yubileyini iftixar hissi ilə qeyd edirik. Bu zəngin torpağın tarixi, ədəbi irsi və qəhrəmanlıq salnaməsi ilə tanış olub, onu yenidən yaşatmağa çalışdıq.
Naxçıvan təkcə qədim tariximizin yox, həm də milli irsimizin, dövlətçilik ənənələrimizin canlı şahididir.
Bu torpağın tarixi daş kitabələrdə yazılıb, hər addımda qəhrəmanlıq, bir dastan olub.
Naxçıvan təkcə tarixdə deyil, ədəbiyyatımızda da böyük izlər qoyub. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Məmməd Araz kimi dühalar bu torpaqda doğulub, Azərbaycan ədəbiyyatının ulduzuna çevrilib.
Naxçıvan yalnız mədəniyyət diyarı deyil, həm də bir qəhrəmanlıq məkanıdır. Həm tarix boyu, həm də müasir dövrdə bu torpaq milli birliyin simvolu olub.
Bu gün biz Naxçıvanın 100 illik tarixinə, mədəniyyətinə və ədəbiyyatına yenidən nəzər saldıq. Bu qədim diyarın irsi bizim üçün əbədi bir sərvətdir, onu qorumaq isə gələcək nəsillərin borcudur.
Var ol, Yaşa! Azərbaycanımın canından bir parça Naxçıvanım!