Mütaliə saatı.
Şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədi ilə kitabxanada Fəaliyyət Planının 21-ci bəndinə uyğun olaraq “Mütaliə saatı” adı altında 3e sinfi ilə oxuma və dinləmə saatı keçirilmişdir. Kitabxana müdiri Səbinə Manafova bəşər tarixinin bir parçası olan Azərbaycan nağılları haqqında məlumat vermişdir. Şagirdlər “Məlikməmməd” nağılını ifadəli oxuyub, növbəli şəkildə məzmununu izah etdilər. Yazdıqları təqdimatlar əsasında çıxış edərək xoşladıqları epizoddan danışdılar. Həmçinin şagirdlərimiz nağılın obrazlarını rəsm əsərlərində canlandırdılar.
Məqsədimiz mütaliə vərdişlərini artırmaq ,şagirdlırimizi mütaliəyə cəlb etməkdir.