Qədim Naxçıvanın tarixi və ədəbi simaları.

      20 dekabr məktəbin kitabxanasında tarix müəllimi Sevinc Məmmədova, kitabxana müdiri Səbinə Manafova və kitabxanaçı Nuridə Bayramovanın təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən "Qədim Naxçıvanın tarixi və əbədi simaları ” adlı tədbir keçirilib.Tədbirdə iştirak edən VI- IX sinif şagirdləri Naxçıvanın tarixi, mədəni irsi, tarixi abidələri haqqında məlumat verib, Naxçıvan diyarının bəxş etdiyi bir sıra böyük şəxsiyyətlər, şair və yazıçılardan danışıb, şeirlər səsləndiriblər. Həmçinin divar qəzeti və rəsm əsərləri çəkib kitabxanaya təhvil veriblər.

     Məktəbin direktoru Nuridə Qarayeva çıxış edərək Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərindən danışıb, dahi şəxsiyyətin Naxçıvanın yüksəlişi və tərəqqisi naminə hər zaman xüsusi səy göstərdiyini söyləmişdir.

     Kitabxanada “Naxçıvan Muxtar Respublikası -100” başlıqlı sərgi şagirdlərə təqdim olunub. Sərgidə Naxçıvan xanlığına aid kitablar və Naxçıvan Muxtar Respublikasının yaradılması, tarixi və ədəbi mühiti ilə bağlı dərc olunmuş kitab və məqalələr sərgilənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi